...

Naxçıvanda iki yüksək vəzifəli şəxs işdən çıxarıldı

Cəmiyyət Materials 25 Avqust 2023 10:30 (UTC +04:00)
Naxçıvanda iki yüksək vəzifəli şəxs işdən çıxarıldı

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub.

Trend xəbər verir ki, müvafiq əmrlərə əsasən, Tahir Məmmədli muxtar respublikanın Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri vəzifəsindən, Xəyal Qurbanov isə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsindən çıxarılıb.

Bundan əlavə, yeni əmrlə Tahir Məmmədli Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti