...

Bu ayının sosial yardımları ödənildi

Cəmiyyət Materials 25 Avqust 2023 17:33 (UTC +04:00)
Bu ayının sosial yardımları ödənildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödəyib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bundan əvvəl, avqustun 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 15-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti