...

Daha bir rayonda sel suları yolu sıradan çıxardı (FOTO)

Cəmiyyət Materials 26 Avqust 2023 17:56 (UTC +04:00)
Daha bir rayonda sel suları yolu sıradan çıxardı (FOTO)

Bakı. Trend:

Samux rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Yenikənd-Poylu avtomobil yolunun 41-42-ci kilometrlik hissəsində yol örtüyünə və yol qurğularına ziyan vurub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yaranan problemlərin aradan qaldırılması hadisə baş verdiyi andan etibarən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub:

"Təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda təhlükəsiz və fasiləsiz hərəkət təmin edilir, təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti