...

Avropa bizonu ölkəmizin vəhşi təbiətinə reintroduksiya ediləcək (FOTO)

Cəmiyyət Materials 29 Avqust 2023 20:26 (UTC +04:00)
Avropa bizonu ölkəmizin vəhşi təbiətinə reintroduksiya ediləcək (FOTO)

Bakı. Trend:

Almaniyanın paytaxtında Berlin Zooloji Parkı, Tierapark və WWF-in birgə təşkilatçılığı ilə “Avropada Avropa bizonunun mühafizəsi” işlərinin 100 illiyi ilə əlaqədar beynəlxalq tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu (WWF) Azərbaycan Nümayəndəliyinin və Bakı Zooloji Parkının rəsmiləri təmsil ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev tərəfindən Avropa bizonunun ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi layihəsi və bu istiqamətdə gələcək perspektivlər barədə məlumatlar verilib.

Avropa bizonunun reintroduksiya edilməsi fəaliyyəti nəticəsində dayanıqlı populyasiyaya nail olunduğu, bizonların sayında isə təbii artımın müşahidə edildiyi bildirilib.

Tədbirin keçirilməsində məqsəd reintroduksiya və mühafizə prosesinə cəlb edilən tərəflərin bir araya toplanması, bu sahədə gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və görülən işlər barədə müzakirələrin aparılmasından ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti