...

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri onlayn təşkil olunacaq

Cəmiyyət Materials 30 Avqust 2023 17:55 (UTC +04:00)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri onlayn təşkil olunacaq

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri sentyabrın 4-5-də “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunacaq.

Bu barədə Trend-ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, apellyasiya müsahibələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti