...

Ağsuda dağlıq ərazidəki yanğın söndürüldü

Cəmiyyət Materials 4 Sentyabr 2023 10:21 (UTC +04:00)

Bakı. Trend:

Ağsu rayonu, Keçdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ərazidə əsasən, quru ot və kol-kos yanıb.

Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, yerli sakinlər də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti