...

Şirvan sakini tanışını öz evində qətlə yetirdi

Cəmiyyət Materials 5 Sentyabr 2023 09:43 (UTC +04:00)
Şirvan sakini tanışını öz evində qətlə yetirdi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Trend xəbər verir ki, bu barədə Şirvan Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti