...

Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq

Cəmiyyət Materials 7 Sentyabr 2023 02:59 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 8-də saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində (https://www.instagram.com/prokurorluq/) canlı yayım keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev canlı yayıma çıxaraq vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti