...

Aldadaraq 77 minlik tərəvəz aldılar

Cəmiyyət Materials 8 Sentyabr 2023 13:20 (UTC +04:00)
Aldadaraq 77 minlik tərəvəz aldılar
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda dələduzluq edən şəxslər tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində iyulun 26-da bir nəfəri aldadaraq, 77 min manat dəyərində tərəvəz məhsulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əvəz Kərimov və Sərxan Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti