Bakı. Trend:
“Bilik Günü” ərəfəsində Xaçmaz rayon Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin yenilənən binası istifadəyə verilib. Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Xaçmaz şəhərində Heydər Əliyevin abidəsi
önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Xaçmaz Rayon icra Hakimiyyətinin başçısı Elnur
Rzayev qarşıdan gələn “Bilik Günü” ərəfəsində Qusarçay kənd tam
orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsinin
sevindirici hal olduğunu deyib. Bu münasibətilə müəllim və
şagirdləri təbrik edib, onlara yeni dərs ilində uğurlar
arzulayıb.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli
ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü
tədbirlərdən danışıb. Qeyd edib ki, Xaçmaz rayonunda məktəblərin
yenilənməsi istiqamətində işlər davam etdiriləcək.
Qusarçay kənd sakinləri təhsilimizin inkişafına göstərilən yüksək
diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra qonaqlar məktəb binasında yaradılan şəraitlə tanış
olublar. Məlumat verilib ki, 94 il əvvəl inşa edilən və son vaxtlar
qəzalı vəziyyətdə olan məktəbin mövcud binası əsaslı şəkildə təmir
edilib. Bundan başqa təhsil ocağı üçün 3 yeni tədris korpusuda inşa
edilib.
Layihəyə əsasən 960 şagird yerlik məktəbdə müasir tələblərə cavab
verən sinif otaqları, fənn kabinetləri, labaratoriyalar, müəllimlər
otağı, kitabxana, kompüter otağı, yeməkxana, akt və idman zalları
yaradılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli şəraiti yüksək qiymətləndirib, müəllim və şagird kollektivinə uğurlar arzulayıblar.