...

Bu il Füzulidə şagird sayı 400-ə çatacaq - Emin Əmrullayev

Cəmiyyət Materials 15 Sentyabr 2023 14:12 (UTC +04:00)
Bu il Füzulidə şagird sayı 400-ə çatacaq - Emin Əmrullayev
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

15 Sentyabr - "Bilik Günü" münasibətilə Füzuli şəhərində Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə olan elm və təhsil naziri Emin Əmrullayev bu il işğaldan azad edilən ərazilərdə fəaliyyətə başlayan məktəblər barədə danışıb.

Trend-in məlumatına görə, nazir deyib ki, bu tədris ilində Füzuli şəhər 1 saylı Mirzə Uluqbəy adına məktəbin, o cümlədən, Laçında 2 saylı məktəbin açılışı olub.

"Füzulidə hazırda 160-a yaxın şagirdimiz var. Amma, bu say hər gün artır. Çünki bu gün də Füzuli şəhərinə növbəti köç prosesi baş tutdu. Yəqin ki, bu tədris ili çərçivəsində şagirdlərin sayı 400-ə çatacaq. Eyni zamanda, Laçın şəhərində də bizim 140-a yaxın şagirdimiz var. Orada da artım gözləyirik", - nazir qeyd edib.

E.Əmrullayev onu da əlavə edib ki, bu il ərzində işğaldan azad edilən ərazilərdə yeni məktəblərin açılışı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti