...

Bolqarıstan Hərbi Akademiyasının nümayəndələri Bakıda nümunəvi dərslər keçəcək

Cəmiyyət Materials 18 Sentyabr 2023 17:36 (UTC +04:00)
Bolqarıstan Hərbi Akademiyasının nümayəndələri Bakıda nümunəvi dərslər keçəcək
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Birliyinin ERASMUS proqramı çərçivəsində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının nümayəndələri ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda bolqarıstanlı nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Hərbi İdarəetmə İnstitutunun xarici dil müəllim heyətinin tədrisi, qiymətləndirilmə, STANAG testlərinin tərtibatı və tədris proqramlarının hazırlanması istiqamətində təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

Qeyd edilib ki, səfər çərçivəsində nümayəndə heyəti tərəfindən nümunəvi dərslərin keçirilməsi də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti