...

Ötən gün qanunsuz erməni silahlıları RSK-ya məxsus avtomobili atəşə tutub, bir əsgər ölüb, biri yaralanıb - Baş Prokurorluq

Cəmiyyət Materials 21 Sentyabr 2023 20:11 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün qanunsuz erməni silahlıları Rusiya Federasiyasının Sülhməramlı Kontingentinə məxsus avtomobili atəşə tutub, bir əsgər ölüb, biri yaralanıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti