...

Bu ilin 8 ayında 375 min nəfərə Prezidentin aylıq təqaüdü ödənildi

Cəmiyyət Materials 22 Sentyabr 2023 18:42 (UTC +04:00)
Bu ilin 8 ayında 375 min nəfərə Prezidentin aylıq təqaüdü ödənildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 8 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 464 min nəfərə sosial müavinət, 375 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olmaqla 662 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 428 mln. manat ödənilib.

Yanvar-avqust aylarında 90,8 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 520 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti