...

Azərbaycan polisi tıxacda qalan erməniəsilli sakinlərə su paylayıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 Sentyabr 2023 13:43 (UTC +04:00)
Azərbaycan polisi tıxacda qalan erməniəsilli sakinlərə su paylayıb (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan polisi tıxacda qalan Qarabağın erməniəsilli sakinlərinə su paylayıb.

Trend xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, erməniəsilli sakinlərin könüllü olaraq öz avtomobilləri ilə hərəkət etməsində müəyyən ləngimələr yaranıb.

Kadrlardan göründüyü kimi, bu, bir daha Azərbaycan tərəfinin və polisinin humanistliyindən xəbər verir.

Qeyd edək ki, Azərbaycan mərkəzi hakimiyyəti ilə Qarabağ erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüşlərə əsasən Azərbaycan erməni sakinlərə müxtəlif formalarda yardımlar göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti