...

Riadın qatıldığı əməliyyatlar çox uğurlu keçirdi - Milli Qəhrəmanın bacısı

Cəmiyyət Materials 30 Sentyabr 2023 11:44 (UTC +04:00)
Riadın qatıldığı əməliyyatlar çox uğurlu keçirdi - Milli Qəhrəmanın bacısı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Riad vətənini çox sevirdi.

Trend xəbər verir ki, bunu Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində bacısı Mehriban Əhmədova deyib.

O bildirib ki, qardaşı döyüş başlayandan evdə tapılmırdı.

“Onunu qatıldığı əməliyyatlar çox uğurlu keçirdi. Qardaşım ailəsini çox sevirdi. Biz hər dəfə qapının zəngi çalınanda elə bilirdik odur. Lakin olmadı. Anamın gözü yolda qalaraq bu dünyadan köçdü. Riad cismən bizimlə olmasa da, ruhən bizimlədir. Mən ilk növbədə Cənab Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə minnətdarlığımı bildirirəm", - deyə mərhum qəhrəmanın bacısı qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir. Vida mərasimi Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti