Bakı. Trend:
Polislərin maaşlarının artırılması üçün paket şəklində əlavənin verilməsi ilə bağlı qanuna dəyişiklik edilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Polis haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, polislərin sosial durumunun yaxşılaşdırılması üçün addımlar atılmalıdır.
“Gələcəkdə polislərin əməkhaqqının artırılması üçün paket şəklində qanunlar qəbul edilməlidir”, - deyə o, əlavə edib.