...

Məktəbin yanında narkotik satan şəxs saxlanıldı

Cəmiyyət Materials 4 Oktyabr 2023 10:49 (UTC +04:00)
Məktəbin yanında narkotik satan şəxs saxlanıldı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satıldığı iddia edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Trend-ə bildirib ki, iddialarla bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb.

"Nəsimi RPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb.

Onun üzərindən külli miqdarda 102 qram narkotik vasitə heroin aşkar edilib.

Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin, onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib", - o qeyd edib.

Din rəsmisi vurğulayıb ki, şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti