Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının Türk Abidə İdarəçiləri Şəbəkəsinin təsis olunması haqqında Bakı bəyannaməsi imzalanıb.
Trend xəbər verir ki, imzalanma “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfrans çərçivəsində gerçəkləşdirilib.
"Bakı" Bəyannaməsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan ölkələri arasında imzalanıb.