...

Bundan sonra Laçın həsrəti ilə yaşamayacağıq - Laçın sakini

Cəmiyyət Materials 20 Oktyabr 2023 07:55 (UTC +04:00)
Bundan sonra Laçın həsrəti ilə yaşamayacağıq - Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bundan sonra Laçın həsrəti ilə yaşamayacağıq və artıq bu həsrət sona çatır.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Rüstəmov Eyraz deyib.

Onun sözlərinə görə, 31 il 4 ay 3 gündən sonra Laçına, öz evinə dönür.

"Allah dövlətimizi var eləsin. Şərait yaradıldıqdan sonra laçınlılar geri dönür. 35 yaşımda Laçından çıxmışam. Artıq bir neçə il də keçsəydi, Laçın həsrəti ilə öləcəkdim. İndi isə Laçında öz əhalimizlə birlikdə Laçında yaşamaq böyük qürurdur. Allah dövlətimizin başçısına uzun ömür versin. Çünki o bizə ümid verdi, bizi öz doğma yurdumuza o qaytardı, bizə bu şəraiti o yaratdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Ordumuza hər zaman güc versin", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Laçına daha 23 ailə - 85 nəfər yola salınıb. Bununla da Laçın şəhərində 295 ailə, yəni 1135 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti