Bakı. Trend:
Azərbaycan Dillər Universitetinin (ADU) Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov 19-20 oktyabr tarixlərində Türkiyə Cümhuriyyətinin 100-ci ildönümü münasibətilə Sakarya şəhərində keçirilən “15. Dünya Dili Türkçe Sempozyumu”nda onlayn şəkildə iştirak edib.
O, Türkiyə Cümhuriyyətinin 100-cü ilində akademik araşdırmalarına görə "Türk Dilinə Xidmət" mükafatına layiq görülüb.
Qeyd edilib ki, konfransda hər ölkədən olan tədqiqatçılara Türkiyə Cümhuriyyətinin 100-cü ilində “Türk Dilinə Xidmət” medalı verilib.