...

Bu il neçə nəfərə əlillik verilib? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 23 Oktyabr 2023 11:28 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında 36,9 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən Trend-ə bildirilib ki, onlardan 18,2 mininə ilkin, 18,7 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Qeyd olunan dövrdə agentliyin reabilitasiya müəssisələrində 60 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Xəbər lenti

Xəbər lenti