...

Qəbələdə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Cəmiyyət Materials 26 Oktyabr 2023 15:27 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat zamanı Qəbələ şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Ülfət Bağırov saxlanılıb. Saxlanılan şəxsin üzərinə və yaşadığı ünvana baxış keçirilərkən sellofan torbalarda qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon sakini, əvvəllər də məhkum olunmuş İlqar Nəsirov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən də qurudulmuş marixuana aşkarlanıb.

Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti