...

Bakıda dönərdən zəhərlənən şagirdlərin son vəziyyəti AÇIQLANDI

Cəmiyyət Materials 27 Oktyabr 2023 09:46 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda dönərdən zəhərlənən 4 şagirdin Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicəsi davam etdirilir.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, hazırda onların vəziyyəti stabildir.

Xatırladaq ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti