Bakı. Trend:
“Azərbaycandan kənarda anadan olub, başqa dil mühitində böyüyən Azərbaycan əsilli uşaqlar üçün “Şəkilli və səsli onlayn Azərbaycan-ingilis lüğəti” saytının yaradılması” (www.ozdilim.az) layihəsi tamamlanıb.
Trend xəbər verir ki, “Çıraq Humanitar İnkişaf və İctimai Birliyi” tərəfindən həyata keçirilən layihə çərçivəsində işlər Azərbaycan Respublikası ərazisində icra edilib. Lakin layihənin əhatə dairəsi beynəlxalq auditoriya olub.
Layihənin ideyası, Azərbaycandan kənarda anadan olub, başqa dil mühitində böyüyən Azərbaycan əsilli uşaqların Azərbaycan dilini öyrənməsi üçün əlavə imkan ola biləcək “Şəkilli və səsli onlayn Azərbaycan-ingilis lüğəti” saytının yaradılmasından ibarət olmuşdur.
Layihənin məqsədi həmin saytı yaradaraq Azərbaycandan kənarda anadan olub, başqa dil mühitində böyüyən Azərbaycan əsilli uşaqlara Azərbaycan dilini öyrənmək üçün əlavə imkanlar təqdim etməkdir.
Layihənin hədəfi Azərbaycandan kənarda anadan olub, başqa dil mühitində böyüyən Azərbaycan əsilli uşaqlar olsa da, onların valideynləri və yaxınları, eləcə də Azərbaycanda yaşayan uşaqlar və böyüklər də faydalananlar sırasındadır.
Layihənin davamlılığı onun çərçivəsində saytın yaradılması məqsədindən aydındır. Mütəmadi olaraq işləyərək onun məzmununu yeni sözlərlə genişləndirmək və daha geniş auditoriyanı əhatə etmək olacaq. İngilis dili ilə yanaşı başqa dillərlə əlaqələndirilərsə, sayt izləyicilərinin coğrafi əhatə dairəsini daha da böyütmək olacaq.
Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin icra müddəti 01.07.2023 – 30.09.2023 tarixlərini əhatə edib.