...

Ölkədə ürəktutmadan ölən kişilərin sayı niyə artır? - Dünyada da vəziyyət narahatedici həddədir

Cəmiyyət Materials 31 Oktyabr 2023 11:45 (UTC +04:00)
Ölkədə ürəktutmadan ölən kişilərin sayı niyə artır? - Dünyada da vəziyyət narahatedici həddədir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son zamanlar ölkəmizdə ürək xəstəlikləri çox geniş yayılıb.

Həkimlər bu xəstəliyinin çoxalmasının bir sıra səbələri olduğunu bildirirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında kardioloq Muxtar Müseyibov bildirib ki, ürək-damar xəstəlikləri çox cavanlaşıb.

"Bir neçə il qabaq gənclər arasında ürək-damar xəstəliklərinə az rast gəlinirdisə, indi çoxalıb. Hazırkı dövrdə isə bu xəstəliyi artıran səbəblər çoxalıb. Əsas səbəb irsiyyətdir. Bundan başqa passiv həyat, oturaq iş rejimi, stress, qidalar, tütün məmulatlarından, narkotikdən istifadə bu xəsətliyə gətirib çıxardan səbəblərdəndir. Son dövrlər elektron siqaretə marağın artması da ürək-damar xəstəliklərinin artmasına səbəb olan amillərdənir."

Kardioloq qeyd edib ki, cəmiyyətimizin böyük əksəriyyəti daha çox oturaq həyata üstünlük verirlər.

"Bu da ürək xəstəliklərinə yol açır. Xüsusilə pandemiya və pandemiyadan sonraki dövrdə də COVİD 19 qan dövranı sisteminə mənfi təsiri ilə əlaqədar da xəstəlik artıb. Düzdür bunun elmi bir araşdırması olmasa da, düşünürük ki pandemiyadan sonra ürək-damar xəstəliklərinin artması koronavirusdur."

M. Müseyibov bildirib ki, ölkəmizdə daha çox ürək-damar xəstəlikləri kişilərdə rast gəlinir.

"Qadınlarda isə əsasən 50 yaşdan sonra bu xəstəliyə rast gəlinir. Belə ki, Azərbaycan qadınlarının siqaret, alkoqol və narkotikdən istifadə kimi zərərli vərdişləri çox azdır. Ancaq kişilərin yükü və zərərli vərdişləri daha çox olduğundan onlarda ürək-damar xəstəlikləri çox olur", - deyə o qeyd edib.

Xatırladaq ki, son bir həftədə Azərbaycanda üç tələbə ürəktutmadan vəfat edib.

Qeyd edək ki, rəsmi statistikaya görə bütün dünyada ürək xəstəliklərinə yoluxma ən azı 10-15 il cavanlaşıb. Məsələn, 50 il qabaq 35-50 yaşlı insanlarda miokard infarktına çox az, hətta nadir hallarda təsadüf olunurdu. Amma, indi xəstələrin 30-35 faizində infarkt bu yaşda əmələ gəlir. Ümumilikdə isə infarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti