...

85 yaşlı qadın su quyusuna yıxıldı (VİDEO)

Cəmiyyət Materials 1 Noyabr 2023 15:07 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində 1 nəfər su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Trend xəbər verir ki, bu barədə Fövqəaladı Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1938-ci il təvəllüdlü vətəndaş S.Cəfərova fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 8 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

Xəbər lenti

Xəbər lenti