Bakı. Trend:
Xankəndi şəhər stadionu Gənclər və İdman Nazirliyinin (GİN) balansına verilib.
Trend-in əldə etdiyi məlumata görə, hazırda orada aparılan yenidənqurma işləri ilə nazirlik məşğuldur.
Bir müddət öncə başlayan söküntünun ilkin mərhələsi arxada qalıb.
Ən qısa zamanda arenaya yeni oturacaqlar quraşdırılacaq.