Bakı. Trend:
Paytaxtda növbəti silsilə oğurluq hadisəsinin üstü açılıb.
Trend DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri tədbir nəticəsində müxtəlif vaxtlarda Biləcəri qəsəbəsi ərazisində 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Mehrəliyev saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.