Bakı. Trend:
Uşaqlıq xatirələrimin canlandığı Zabuxa dönərək dinc, firavan yaşamaq istəyirəm.
Bunu Trend-ə açıqlamasında Laçın rayonu Zabux kənd sakini Raci Fərəcov deyib.
Onun sözlərinə görə, Laçını 11 yaşında tərk edib. Zabuxu gözəl yerlərini görmək, təbiətinin ətrini yenidən almaq böyük duyğudur.
"Allah Prezidentimizi var eləsin, ordumuzu qorusun,
şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin.
Kədərim odur ki, atam torpaq, yurd həsrəti ilə dünyasını dəyişdi.
Sevincim isə odur ki, mən də artıq öz yurdumda, doğma yurdumda
yaşayacağam", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Laçın rayonu Zabux kəndinə dah 25 ailə (94 nəfər) yola salınıb. Bakı və Abşeron rayonundan 20 ailə (71 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən, Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşmış 5 ailə (23 nəfər) Zabux rayonuna yola salınıb. Beləliklə bugünkü (16.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.