...

Mobil rabitə operatorları nə qədər gəlir əldə edib?

Cəmiyyət Materials 18 Noyabr 2023 13:38 (UTC +04:00)
Mobil rabitə operatorları nə qədər gəlir əldə edib?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən mobil rabitə opratorlarının bu il əldə etdiyi gəlir açıqlanıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2023- cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 15,8 faiz artaraq, 2546,1 milyon manat təşkil edib.

Qeyd olunan xidmətin 73,1 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 37,6 faizi və ya 957,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir və onların abunəçilərinin sayı ümumilikdə 11 milyona yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti