...

Şirvanda vətəndaşlar qanunsuz saxladıqları ov tüfənglərini polisə təhvil veriblər (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2023 08:51 (UTC +04:00)
Şirvanda vətəndaşlar qanunsuz saxladıqları ov tüfənglərini polisə təhvil veriblər (FOTO)

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlərin nəticəsində son iki gün ərzində 11 sakin müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti