...

Xankəndidə “AzStateNet” şəbəkəsinin qurulması istiqamətində hazırlıq işləri gedir

Cəmiyyət Materials 24 Noyabr 2023 17:45 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın cari ilin sentyab- rın 19-20-də Qarabağda separatçı rejimə qarşı keçirdiyi antiterror hərbi əməliyyatları zamanı da Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti var gücünü və dəstəyini əsirgəmədi.

Trend-in məlumatına görə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisi İlqar Musayev Milli Məclisin jurnalına verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, tərəfimizdən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədi ilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verildi.

“Hazırda həmin bölgədə “AzStateNet” şəbəkəsinin qurulması istiqamətində hazırlıq işləri gedir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti