...

Bu qaydalara əməl etməyənlər kiberhücuma məruz qalır

Cəmiyyət Materials 24 Noyabr 2023 18:03 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İnternetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər.

Trend-in məlumatına görə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisi İlqar Musayev Milli Məclisin jurnalına verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, belə vətəndaşların ümumi sayı haq- qında Xidmətdə məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı, istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifi kasiya (loqin, şifrə) və fərdi mə lumatlarını hakerlərin qurbanına çevirmiş vətəndaşların statistikası Xidmətimiz tərəfindən müəyyənləşdirilib.

“Belə ki, cari ilin ötən dövrü ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət qurumlarının elektron xidmətlərinə aid hesabların sayı rəsmi səhifəmizdə dərc olunub. Ötən dövr ərzində onların sayı 7000-dən çox olub”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti