...

Balakəndə qadağan olunan yerlərdə tütündən istifadə edənlər məsuliyyətə cəlb edildi

Cəmiyyət Materials 26 Noyabr 2023 20:01 (UTC +04:00)
Balakəndə qadağan olunan yerlərdə tütündən istifadə edənlər məsuliyyətə cəlb edildi

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktiki tədbir keçirilib.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata əsasən, rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib.

Cari il ərzində bu istiqamətdə Biləsuvar rayonu ərazisində keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən ümumilikdə 241 nəfər barəsində protokol tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti