...

Sabah radiasiya və güclü maqnit qasırğası olacaq

Cəmiyyət Materials 30 Noyabr 2023 10:42 (UTC +04:00)
Sabah radiasiya və güclü maqnit qasırğası olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah güclü maqnit qasırğası olacaq.

Trend xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, geomaqnit sahəsi - 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir.

Dekabrın 1-də isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1(zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti