...

Füzuli azad ediləndə sevincimin həddi-hüdudu yox idi - Füzuli sakini

Cəmiyyət Materials 7 Dekabr 2023 07:39 (UTC +04:00)
Füzuli azad ediləndə sevincimin həddi-hüdudu yox idi - Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Füzulinin azad edilməsi xəbərini eşidəndə sevincimin həddi-hüdudu yox idi.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Cəmil Abbasov deyib.

Onun sözlərinə görə, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub.

"28 yaşında Füzulini tərk etmişəm. Ailəmi Füzulidən çıxardıqdan sonra da bir müddət torpaqlarımızın müdafiəsi uğrunda döyüşmüşəm. Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Məhz onların sayəsində biz doğma yurda dönürük", - deyə o bildirib.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 333 ailənin, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti