...

Azərbaycanda xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanıldı

Cəmiyyət Materials 8 Dekabr 2023 13:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb.

Trend xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

V.Qurbanov qeyd edib ki, artıq bir çox xəstəxanalarda onlayn növbə sistemi fəaliyyətə başlayıb:

"Xəstəxanalara müraciətlərin çoxluğu səbəbindən növbələr çox olurdu, bu isə vətəndaşlar üçün çətinlik yaradırdı. Buna görə də ilk olaraq paytaxtımızdakı xəstəxanalar onlayn növbə sisteminə keçdi. Vətəndaşlar evdə oturaraq öz növbələrini rahat şəkildə götürə biləcək, onlar tibbi xidmətlərdən keyfiyyətli şəkildə istifadə edəcəklər".

Xəbər lenti

Xəbər lenti