Bakı. Trend:
Arzum nəvələrimin toyunu Füzulidə etməkdir.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini İmanova Güllü deyib.
Onun sözlərinə görə, Füzulini çox ağır şəraitdə tərk etməyə məcbur olub. Ötən illərdə yaşadığı acı xatirələri doğma torpaqda yaşamaqla unutmağa çalışacaq.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Ali Baş Komandan var olsun ki, onun rəhbərliyi ilə ərazilərimiz işğaldan azad edildi və biz torpaqlarımıza geri qayıdırıq", - deyə o bildirib.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 358 ailənin, yəni 1298 nəfərin daimi məskunlaşması təmin edilib.