Bakı. Trend:
İşğal dövründə məcburi köçkünlərin səsverməsi ilə bağlı problem haqda beynəlxalq təşkilatlara məlumat verirdik, lakin bu məsələ heç bir beynəlxalq təşkilat tərəfindən vurğulanmayıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, beynəlxalq təşkilatlar bizdən problemimiz barədə soruşurdular.
“Amma biz hər dəfə məcburi köçkünlərlə bağlı problemi dediyimiz üçün artıq bunu soruşmamağa başladılar.
Növbədənkənar Prezident seçkilərində ilk dəfə azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişdə əlavə bənd qeyd etməyimiz qanunvericiliyin tələbinə tam uyğundur”, - deyə MSK sədri əlavə edib.