...

Xaçınçay su anbarının təmir-bərpası suvarmaya necə təsir edəcək?

Cəmiyyət Materials 25 Dekabr 2023 16:49 (UTC +04:00)
Xaçınçay su anbarının təmir-bərpası suvarmaya necə təsir edəcək?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçınçay su anbarı 30 ilə yaxın bir müddətdə işğal altında olan anbar baxımsız vəziyyətdə saxlanıldığından və heç bir təmir-bərpa işləri görülmədiyindən yararsız vəziyyətdə idi. Torpaqlarımız işğaldan azad edildikdən sonra su anbarında təmir-bərpa işləri aparılıb.

Su anbarı Ağdam rayonunda kənd təsərrüfatının suvarılmasına necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Fuad Nəsirov bildirib ki, su anbarının təmir-bərpası Ağdam rayonunun torpaq sahələrinin su təminatını yaxşılaşdıracaq.

"Anbar 7 min hektar torpaq sahələrinin su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına şərait yaradacaq", - deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 24 dekabr 2023-cü il tarixində Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Qeyd edək ki, tədbirlər planı əsasında Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarının 7 km uzunluğunda kanal ilə birlikdə təmir-bərpa işləri həyata keçirilib.

Məlumat üçün bildiririk ki, Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir.Eyni zamanda,Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndi ilə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati və gözətçi binaları, təmir emalatxanası və nasosxana tikilib, istismara verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti