...

Sumqayıt-Bakı qatarı xəttinə elektrik enerjisinin verilişi bərpa olundu (YENİLƏNİB)

Cəmiyyət Materials 28 Dekabr 2023 09:46 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

Bu gün səhər saatlarında güclü külək nəticəsində Sumqayıt-Pirşağı-Bakı dəmir yolu xətti istiqamətində "Azərişıq" ASC tərəfindən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Trend xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" yayıb.

xxx

08:13

Güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Məlumata əsasən, bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə, əsasən Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarların qrafikində qismən kənaraçıxma halları qeydə alınmaqdadır.

Eyni zamanda, güclü küləyin əsməsi ilə əlaqədar sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması baxımından bəzi sahələrdə qatarların sürət həddinin endirilməsi ilə bağlı maşinistlərə təlimat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti