...

Sumqayıtda su kəsiləcək

Cəmiyyət Materials 10 Yanvar 2024 16:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtın bir hissəsinə suyun verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran Saray 85.75 səviyyəsindən gələn 450mm diametrlik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq bu gün saat 21:00-dan səhər saat 06:00-a qədər şəhərin bəzi ünvanlarında suyun verilişi dayandırılacaq.

Qeyd edilib ki, kəmərin su ilə təmin etdiyi 48, 50, 51-ci məhəllələrdə, 16, 17, 18, 20 və 21-ci mikrorayonların bir hissəsi və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti