...

Abşeronda narkokuryer ƏLƏ KEÇDİ - 3 kq marixuana GÖTÜRÜLDÜ

Cəmiyyət Materials 10 Yanvar 2024 16:47 (UTC +04:00)
Abşeronda narkokuryer ƏLƏ KEÇDİ - 3 kq marixuana GÖTÜRÜLDÜ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində saxlanılan narkokuryerdən 3 kiloqrama yaxın marixuana aşkar edərək götürüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı Ağdam rayon sakini Aslan Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, A.Hacıyev paytaxt və Abşeron rayonu ərazisində narkokuryerlik edərək ondan aşkar edilən marixuananın satışını təşkil edib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti