...

Əməkdar elm xadimi vəfat etdi (FOTO)

Cəmiyyət Materials 11 Yanvar 2024 15:43 (UTC +04:00)
Əməkdar elm xadimi vəfat etdi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əməkdar elm xadimi, "Şöhrət” ordenli həkim Solmaz İsrafilbəyli vəfat edib.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

S.İsrafilbəyli 96 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İsrafilbəyli Solmaz Hüseyn qızı 13 mart 1928-ci ildə Bakı şəhərində anadan olub. Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Həkimləri Təkmilləşdirmə İnstitutu mama-ginekologiya kafedrasının müdiri vəzifəsində, 1982-89-cu illərdə Azərbaycanın baş mama-ginekoloqu, Respublika mama-ginekoloqlar cəmiyyətinin sədri vəzifəsində çalışıb. O, 165 elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti