...

Hamiləlik və doğuma görə əmək məzuniyyəti artırıla bilər - TƏKLİF

Cəmiyyət Materials 18 Yanvar 2024 09:32 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Hamiləlik və doğuma görə məzuniyyət müddətinin uzadılmasını təklif edirik.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, hazırda mövcud qanunvericiliyə görə məzuniyyət müddəti 126 gündür.

“Təklif edirik ki, bu müddət 140 günə çatdırılsın. Yəni, hazırki müddət daha 14 gün artırılsın”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda bildirilib ki, Sessiya dövründə Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında”, “Sosial xidmət haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin” təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” və digər qanun layihələri komitədə müzakirədə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib və qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti