...

Yardımlıda dərədən qumbara və avtomat tapıldı

Cəmiyyət Materials 22 Yanvar 2024 16:15 (UTC +04:00)
Yardımlıda dərədən qumbara və avtomat tapıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yardımlı Rayon Polis Şöbəsinə rayonun Ərsilə kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 300 ədəd patron və 1 ədəd əl qumbarası aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti