...

38 təhsil müəssisəsində təmir-tikinti işləri aparılacaq

Cəmiyyət Materials 22 Yanvar 2024 17:20 (UTC +04:00)
38 təhsil müəssisəsində təmir-tikinti işləri aparılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 22-də elm və təhsil naziri Emin Əmrullayev Göyçaya səfəri zamanı təmirə ehtiyacı olan 9 nömrəli tam orta məktəbə baxış keçirib. Məktəbdəki mövcud şəraitlə tanış olan nazir müvafiq şəxslərə təhsil müəssisəsində aparılacaq təmir işlərinin sürətləndirilməsi üçün tapşırıqlar verib.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, cari ildə məktəbin layihələndirilməsi başa çatdırılacaq və dərhal sonra təmir işlərinə start veriləcək.

Bildirilib ki, ötən il 40 təhsil müəssisəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təmir-tikinti işləri həyata keçirilib. Cari ildə 38 təhsil müəssisəsinin təmir-tikinti işləri aparılacaq. Hazırda layihələndirilməsi həyata keçirilən 32 təhsil müəssisəsinin isə təmir-tikintisi planlaşdırılır.

Təhsil müəssisələrinin təmir-tikintisi Elm və Təhsil Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində prioritetlik dərəcəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti