Bakı. Trend:
Lerikdə 4 otaqlı ev yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lerik rayonunun Günəşli kəndində ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
