...

Ötən gün vətəndaşlardan qumbara və silah götürüldü - DİN

Cəmiyyət Materials 31 Yanvar 2024 09:52 (UTC +04:00)
Ötən gün vətəndaşlardan qumbara və silah götürüldü - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları ötən gün vətəndaşlardan qumbara və silah götürüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 1 alışdırıcı, 3 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 6 patron təhvil götürüblər.

Həmçinin, ötən gün qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 2 tapança, 5 ədəd müxtəlif markalı tüfəng, 6 ədəd patron darağı və 61 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti